Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında Mədəniyyət və Turizm İdarəsi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Sumqayıt rəssamlarının əsərlərindən ibarət "Rənglərin aləmi" adlı sərgi keçirilib.
xa0 xa0
Sərgidə Vaqif Nəzirov, Fazil Abasquluzadə, Murad Kərimov, Nizami Dadaşov, Osman Salmanov, Namiq Cavad, İntiqam Cəfərov, Emin Nəbiyev, Nəsibə Şükürova, Nigar Qurbanova, Məşədi Qafarzadə Vidadi, Əli Qafarlı, Mikayıl Abdullayev, Yusif Kətanov, Ellada Həsənova, Gülşən Ağayeva, Pərviz Mahmudov, Orxan Əhmədov, Şahin Quliyev, Tofiq Əhmədov, Dilşad xa0Hüseynovanın müxtəlif texnikalarda işlənmiş 3 ədəd qrqfika, 91 ədəd rəngkarlıq, 19 ədəd keramika, 9 ədəd xalça və 3 ədəd dekorativ tətbiqi sənət əsəri daxil olmaqla ümumilikdə 103 sənət nümunəsi nümayiş olunub.xa0
Sərgidə Sumqayıt şəhər xa0İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xa0və digər rəsmi şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. İcra başçısı sərgidə nümayiş olunan rəsm əsərlərinə tamaşa edib.xa0
Sərgini giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov şəhərdə görülən abadlıq və quruculuq işlərindən danışaraq sərgidə iştirakına görə icra başçısına mədəniyyət işçiləri adından təşəkkürünü bildirib.
Daha sonra rəssam Nəsibə Şüküröova çıxış edərək rəssamlara göstərilən diqqət və qayğıya görə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinə, o cümlədən, Dövlət Rəsm Qalereyasına, sərgidə iştirakına və rəssamlara veridiyi dəyərə görə xa0icra başçısına təşəkkür edib.
Rəssamları diqqətlə dinləyən, problemləri ilə yaxından maraqlanan icra başçısı Zakir Fərəcov çıxış edərək onları təbrik edib, bundan sonra da onlara xüsusi diqqət ayıracağını, köməklik göstərəcəyini bildirib, uğurlar arzulayıb.xa0
Tədbirdə S.Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbinin şagird və müəllim kollektivi klassik əsərlərdən ibarət musiqi nömrələri səsləndirib.xa0
Qeyd edək ki, ərgi 1(bir) həftə davam edəcək.

































































































