Ucarda polislərdən qaçan kişi YOXA ÇIXDI - FOTO 

Hazırda oxunan: Ucarda polislərdən qaçan kişi YOXA ÇIXDI - FOTO 

111486

Ucarda sürücü müəmmalı şəkildə yoxa çıxıb.

Bizim.Media xəbər ki, ötən gün gecə saatlarında Baş Dövlət Yol Polisinin Ucar Rayon Şöbəsinin Yol Polisi əməkdaşları nömrəsiz nəqliyyat vasitəsini rayon ərazisində saxlayıblar.

Sənəd təqdim etməyən sürücü hadisə yerindən qaçıb.

Aparılan axtarışlar nəticəsində hadisə yerindən mobil telefon aşkar olunaraq götürülüb. Sürücü isə yoxa çıxıb. Yaxınları onun itkin düşməsi barədə polis şöbəsinə məlumat verib.
Qeyd edək ki, onun yaxınlıqdakı kanala düşməsi də ehtimal olunur.

Daxili İşlər Nazirliyinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, dekabrın 23-də gecə saatlarında yol polisi əməkdaşları hərəkətdə olan və üzərində dövlət qeydiyyat nişanı olmayan "İJ" markalı nəqliyyat vasitəsinə saxla işarəsi veriblər.

Bu zaman sükan arxasında olan Zərdab rayonunda qeydiyyatda olan və Ucar rayonunda yaşayan Səlyəddin Vahidov sənəd təqdim etmək adı ilə nəqliyyat vasitəsini kənara çəkərək yaxınlıqdakı fermaya qaçıb. Nəqliyyat vasitəsi götürülərək aidiyyatı üzrə təhvil verilib.
Bu gün Səlyəddin Vahidovun yaxınları onun itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər. Hazırda Səlyəddin Vahidovun tapılması istiqamətində axtarışlar davam edir.

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin