Qarabağda 200-ə yaxın təhsil müəssisəsi tikiləcək - RƏSMİ 

Hazırda oxunan: Qarabağda 200-ə yaxın təhsil müəssisəsi tikiləcək - RƏSMİ 

111427

İşğaldan azad edilmiş ərazilərdə 200-ə yaxın ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsinin tikilməsi nəzərdə tutulur. Eyni zamanda, 8 texniki peşə və orta təhsil müəssisəsi, xarici universitetlərin Azərbaycanda yerli filiallarının yaradılması və xəstəxanaların tikintisi nəzərdə tutulur. 

Bizim.Media xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı jurnalistlərə müsahibəsində söyləyib. 

"2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində 35 mindən çox mənzilin istifadəyə verilməsi də nəzərdə tutulur. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə indiyədək bərpa-quruculuq işlərinə təxminən 9 milyard manat vəsait ayırıb. Yeni proqram çərçivəsində təxminən 20 milyard manata qədər vəsaitin də xərclənməsi nəzərdə tutulur", - deyə V.Qasımlı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin