Xankəndi şəhərinin ümumi planı hazırlanıb - RƏSMİ

Hazırda oxunan: Xankəndi şəhərinin ümumi planı hazırlanıb - RƏSMİ

111416

“Komitə tərəfindən birinci addım olaraq azad edilmiş ərazilərin ümumi planının hazırlanması təmin edilib”. 

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri bildirib ki, ümumi plan Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş ərazilərinin ümumi ərazisini əhatə edir: “Xankəndi şəhərinin, Xocavənd, Füzuli və digər yerlərin də ümumi planı hazırlanıb. Məskunlaşmada nizamlanmanın bərpası və əhalinin geri qayıdışının təmini üçün vacib amillər ümumi planda nəzərə alınıb. Ümumi plan ərazidəki şəhər və digər ərazilərin Baş və müfəssəl planları üçün istinad sənədidir. Rayon mərkəzlərinin – Şuşa, Ağdam, Qubadlı, Kəlbəcər və digər ərazilərinin də 2020-ci ildən Baş planlarının hazırlanmasına başlanıb. Həmçinin baş planların işlənməsi zamanı mədəni obyektlərin bərpası də diqqətdə saxlanılıb, mövcud abidələr nəzərə alınıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin