Qarabağın bərpasına  20 milyard manat XƏRCLƏNƏCƏK

Hazırda oxunan: Qarabağın bərpasına  20 milyard manat XƏRCLƏNƏCƏK

111392

Azərbaycan dövləti indiyə qədər işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə təxminən 9 milyard manat vəsait ayırıb. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. 

Onun sözlərinə görə, yeni “Böyük Qayıdış” proqramı xərclənəcək vəsaitin həcminin bir neçə dəfə artmasına şərait yaradacaq:

"Yeni “Böyük Qayıdış” proqramı çərçivəsində bu istiqamətdə təxminən 20 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait daha çox Azərbaycan dövlətinin daxili imkanları hesabınadır”. 

O bildirib ki, eyni zamanda özəl sektorun bu prosesdə daha yaxşı iştirak etməsi üçün imkanlar yaradılır:

“Bunun üçün dövlət-özəl tərəfdaşlığı ilə bağlı qanun təkmilləşdirilir. Eyni zamanda parlament bu yaxınlarda azad edilmiş ərazilərdə işləyən sahibkarların üçün vergi, gömrük, həmçinin digər istiqamətdə güzəştlərin edilməsini, həmçinin əlverişli kredit resurslarına çıxışla bağlı imkanların yaradılmasını təmin edib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin