Rusiya sülhməramlı kontingenti Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
2400-ə yaxın erməni rusiyalı sülhməramlılardan KÖMƏK İSTƏDİ
Qeyd edilib ki, sosial obyektlərin, yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpası üçün Humanitar Yardım Mərkəzinin "KamAZ" markalı 20 hərbi avtomobili və onları müşayiət edən 5 avtomobildən ibarət ikinci kolonnası Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb.
Kolonnanın marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.
Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirilib.
Bizim.Media