Xəstə körpənin Xankəndindən Ermənistana aparılmasına şərait yaradıldı - VİDEO

Hazırda oxunan: Xəstə körpənin Xankəndindən Ermənistana aparılmasına şərait yaradıldı - VİDEO

111369

Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynlərinin komitənin əməkdaşlarının müşayiəti ilə komitəyə məxsus minik avtomobilləri ilə Xankəndindən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndinə qayıtmalarına icazə verilməsi xahiş olunub. 

Bizim.Media xəbər verir ki, müraciətdə, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatların daşınacağı bildirilib. 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 13 gündür davam edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin