Müsavat Partiyasının üzvü Tofiq Yaqublu inzibati qaydada həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda ittiham olunan T.Yaqublu 30 sutka inzibati qaydada həbs olunub.
Qeyd edək ki, o bu gün bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən Fəvvarələr meydanında müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiyaya cəhd göstərib. Polis tərəfindən aksiyanın qarşısı alınıb və iştirakçılar ərazidən kənarlaşdırıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:12 / 23.12.2022
Tofiq Yaqublu HƏBS EDİLDİ
Hazırda oxunan: Tofiq Yaqublu HƏBS EDİLDİ
Hazırda oxunan: Tofiq Yaqublu HƏBS EDİLDİ
111320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.