Ehtiyyatda olan zabit Salahov Niyazi Dərdayıl oğlu Moderator.az vasitəsi ilə Müdafiə naziri Zakir Həsənova müraciət edib.
Həmin müraciəti təqdim edirik:
"Cənab Nazir!
Mən Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan zabit Salahov Niyazı Dərdayıl oğlu yazıb Sizə bildirirəm ki, mən 707 saylı hərbi hissədə Bölük komandiri vəzifəsini yerinə yetirərkən 22.01.1999-cu il tarixdə travma almışam. Həmin gün hərbi hospitala təxliyə edilmişəm. Amma bu günə qədər travmanı hansı şəraitdə almağım barədə tibbi arayış ala bilməmişəm. Sizdən xahiş edirəm ki, mənə tibbi arayışın verilməsi üçün müvafiq göstərişlər verəsiniz".
































































































