BÜRCLƏRİN zəhlətökən ÖZƏLLİKLƏRİ – Buğaların inadkarlığı, şirlərin isə...

Hazırda oxunan: BÜRCLƏRİN zəhlətökən ÖZƏLLİKLƏRİ – Buğaların inadkarlığı, şirlərin isə...

111299

Bürcün hər bir əlamətinin özünəməxsus güclü və zəif tərəfləri var. Eyni zamanda onların elə xüsusiyyətləri də var ki, insanları təngə gətirir.

Bizim.Media bürclərin ən zəhlətökən özəlliklərini təqdim edir:

Qoç – impulsivlik

Xarici stimula daimi daxili kəskin reaksiyası başqaları üçün çox nəzərə çarpır. Bu impulsivlik tez-tez digər insanları qıcıqlandırır, xüsusilə, iş yerində.

Buğa – inadkarlıq

Buğa ən inadkar bürclərdən biridir və bu, böyük ölçüdə onun dominant xarakteri ilə bağlıdır. Bu səbəbdən heç kim, buğanı öz yolundan döndərə bilməz.

Əkizlər – diqqətsizlik

Əkizlər həddən artıq diqqətsizdirlər. Bunun əsas səbəbi isə eyni anda bir çox şeyi düşünüb, bir əldə iki qarpız tutmağa çalışmalarıdır.

Xərçəng – aqressivlik

Xərçənglər həyat normal axarı ilə davam edərkən olduqca mehriban insanlardır. Lakin hər hansı gözlənilməz hadisə baş verəndə onlar çox tez özlərindən çıxırlar.

Şir – təkəbbürlülük

Şirlər o qədər təkəbbürlüdürlər ki, onlarla bir neçə dəqiqə vaxt keçirmək, özünüzü ikinci dərəcəli insan kimi hiss etməyinizə yetəcək. Bu isə onları yaxından tanıyan insanların zəhləsini tökür.

Qız – vasvasılıq

Onlar hər şeyin yerli yerində, nəzarətdə olmasına o qədər çox diqqət edirlər ki, ətrafdakı insanları da təngə gətirirlər.

Tərəzi – gecikmə vərdişi

Hər şeyin dəqiqliyinə diqqət yetirən insanlar olsalar da, tərəzilər heç vaxt deyilən vaxtda lazım olan yerə gəlib çata bilmir, insanları gözlədirlər.

Əqrəb – qisas duyğusu

Əqrəblər hər zaman insanlara yardım etməyə hazır insanlardır. Amma özlərinə qarşı ən kiçik yanlışı belə bağışlamır, bunun intiqamını almağa çalışırlar.

Oxatan – əsəbilik

Oxatanlar ağıllı, intuitiv və özünə güvənən insanlardır. Lakin bu özünəinam onları əks fikirlərə qarşı dözümsüz edir. Fikirlərinə zidd arqumentlər eşidən oxatan çox tez özündən çıxır.

Oğlaq – işgüzarlıq

Bu bürcün nümayəndələri olduqca iddialıdır. Məqsədlərinə çatmaq üçün işlərinə o qədər aludə olurlar ki, özəl həyatlarını ikinci plana atırlar. Bu isə dostlarını və sevdiklərini təngə gətirir.

Dolça – konservativlik

Onlar bütün fikirlərə açıq olsalar da, öz günlük həyat və vərdişlərini dəyişməyə nifrət edirlər. Onlar həyatlarını bildikləri kimi yaşamaq istəyirlər ki bu da onlarla uzun münasibət qurmağı çətinləşdirir.

Balıqlar – qeybətcillik

Niyyətləri heç də pis olmasa belə, qeybət etmək balıqlar üçün hava-su kimi vacib məsələdir. Digər insanların həyatları ilə bağlı bütün təfərrüatları bilmək istəyirlər. Bu maraqlılıqları isə təbii ki, əksər insanları bezdirməyə bilməz.

Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin