Sabirabadda eşşək əti satana qanunla cəza düşürmü? – CAVAB

Hazırda oxunan: Sabirabadda eşşək əti satana qanunla cəza düşürmü? – CAVAB

111266

Eşşək ətinin insana ziyanı yoxdu və qanunda bu əti satıb-satmamaq haqqında heç bir maddə nəzərdə tutulmayıb. Mütəxəssislər isə bildirir ki, eşşəyin ətindən südü daha faydalıdır.

Ötən gün Sabirabadda eşşək əti satmaq istəyən şəxs saxlanılıb. Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb. 

Qeyd edək ki, bu ilk hal deyil. Tez-tez eşşək əti satmaq istəyən şəxslərin ifşa olunduğunu eşidirik.

Bəs, eşşək əti satmaq qadağandırmı?

Hüquqşünas Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında bildirdi ki, məsələ eşşək ətinin satılması yox, istehlakçıların aldadılmasıdır:

“Mal əti adı ilə alıcılara eşşək əti satılması birbaşa qanun pozuntusudur. Eşşək ətinin satılması ilə bağlı qadağa qoyulmasının isə heç bir hüquqi əsası yoxdur. Hazırda olan problem eşşək ətinin satılması yox, istehlakçıların aldadılmasıdır. Bununla bağlı ”İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Qanun var və həmin qanuna görə, ətin hansı heyvana aid olması ilə bağlı alıcıya məlumat verilməlidir. Bu gün hansısa sahibkar istehlakçılara qoyun və ya mal əti əvəzinə eşşək əti yedizdirirsə, faktiki olarq bu qanunu pozmuş olur”.

İslam eşşək ətini haram buyurur?

Eşşək ətinin istehlakı dini baxımdan qəbul edilmir. Eşşək əti yeməyin hökmü ilə bağlı İslam alimləri arasında bir neçə fikir var. Böyük İslam alimlərindən birinin fikrinə görə, eşşək əti haramdır. Bu məsələ hər yerin öz adət-ənənəsinə də bağlıdır. Məsələn, bəzi xalqlarda at ətinin yeyilməsi normal qəbul edilir, lakin bizdə mal və qoyun əti istifadə edilir.

Lakin, təbabətdə eşşək südünün faydaları haqqında çox danışılıb. ABŞ, Braziliya, Çili, Fransa, Almaniya, İtaliya, İngiltərə, Çin və bir çox ölklərdə xüsusi fermalarda eşşək bəslənilir. Və onlardan alınan süddən müxtəlif məhsullar hazırlanır. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır. Azərbaycanda da eşşək südünün alıcıları kifayət qədərdir.

Eşşək südünün inanılmaz faydaları

Hətta bəzi adamlar eşşək biznesinə girişib. Məsələn, Şəmkir rayonun sabiq icra başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədov özü üçün böyük eşşək ferması yaratmışdı. Hazırda eşşək südünün litri 8-10 manata satılır. Onun orqanizmə sonsuz faydaları var.

Eşşək südü mineral çatışmazlığını aradan qaldırır, immun sistemini gücləndirir, xərçəng riskini azaldır və astma xəstəliyinin müalicəsində əhəmiyyəti böyükdür. Bundan əlavə bu süd antibakterial təsirə malikdir: bronxiti sağaldır, qara ciyər fəaliyyətini yaxşılaşdırır, sümükləri möhkəmləndirir, artıq yağları əridir, bəlğəmi tamamilə aradan qaldırır və köpüyünü üzə sürtdükdə sızanaqları yox edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin