“Əbülfəz Qarayev, Anar Kərimov gəlmədi, ümidimiz yeni nazirimizədir” – Muzey DİREKTORU

Hazırda oxunan: “Əbülfəz Qarayev, Anar Kərimov gəlmədi, ümidimiz yeni nazirimizədir” – Muzey DİREKTORU

111238

Böyük dramaturqumuz Cəfər Cabbarlının Xızıdakı ev muzeyinə qarşı göstərilən biganəlik hələ də davam edir.

Muzey 2019-cu ildə təmir edilməyə başlanılıb. Amma yarı-yarımçıq qoyub aradan çıxıblar. Ogün-bugün muzey kollektivinin döymədiyi qapı qalmayıb. Hər dəfə döyəndə də qapını bir nazir açıb, amma əncam çəkən olmayıb.

Təmirdən sonra muzeyin eksponatlarının bədii tərtibat işləri aparılmayıb. Eksponatlar tam nümayiş olunmur. Otaqların istilik sistemi işləmir. Qışın günündə burada soyuqdan diş-dişə dəyir.

Xızıdakı Cabbarlı muzeyindən sonuncu dəfə Bizim.Media-nın 26 oktyabr 2022-ci il tarixli "Cəfər Cabbarlının Xızıdakı ev muzeyinin qəsdinə kim durub?" sərlövhəli yazı vermişdik.
 

MÖVZU İLƏ BAĞLI:

Cəfər Cabbarlının Xızıdakı ev muzeyinin qəsdinə kim durub? – RƏSMİ CAVAB - VİDEO


Mədəniyyət Nazirliyi isə şablon bir cavabla bizi də, muzey işçilərini də yola vermişdi. Həmin yazıdan 2 aya yaxın vaxt keçsə də vəziyyət dəyişməyib.

Muzeyin direktoru Həcər Rəsulova saytımıza bildirdi ki, iki ayda heç qapımızı da açan olmayıb:

“Ümid edirəm ki, yeni nazirimiz mütləq bizimlə maraqlanacaq. Nə Əbülfəz Qarayev, nə də Anar Kərimov bizə qayğı göstərdi. Belə bir böyük daramaturqun irsinə biganəlik həqiqi mədəniyyət adamına yaraşan hərəkət deyildi. Başqa millətlərdən kimin Cəfər Cabbarlı miqyasında ədibi olsaydı, ev muzeyi səcdəgah olardı. Yeni nazirimiz Adil müəllimə çox ümidliyik, tezliklə çəkdiyimiz əziyyətlərin arxada qalacağına inanırıq”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin