“Azəriqaz”dan tarif limitləri ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: “Azəriqaz”dan tarif limitləri ilə bağlı AÇIQLAMA 

111237

SOCAR “Azəriqaz” İstehsalat Birliyi mexaniki (sonradan ödənişli red.) sayğaclarda tarif limitlərinin yenilənməsinin gələn ilin 6 yanvar tarixinədək başa çatdırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bunu İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində istifadə olunan smart-kart tipli qaz sayğaclarının tarif limitinin yenilənməsi avtomatik olaraq baş tutacaq (2022-ci ilin dekabrın 31-dən 2023-cü ilin yanvarın 1-ə keçən gecə - red.). Hazırda Azərbaycanda smart-kart tipli qaz sayğaclarından istifadə edən abonentlərin sayı 1 mln.-a yaxındır.
“Qalan 1,4 mln.-a yaxın abonentimizin mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”, - deyə Eldəniz Vəliyev qeyd edib.

O əlavə edib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən, mexaniki sayğaclarda limitlərin yenilənməsi yanvar ayının 10-a qədər (tədricən – red.) təmin olunmalıdır:

“Amma qarşımızda qoyduğumuz əsas hədəflərdən biri odur ki, limitlərin yenilənməsi prosesi yanvar ayının altısına qədər icra olunsun”.

Qoyulan məqsədin yerinə yetirilməsinə mane ola biləcək amillər sırasında Eldəniz Vəliyev bayram günləri ilə əlaqədar abonentlərin evdə olmaması, turistik səfərlərdə olması və digər subyektiv səbəbləri sadalayıb.

Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib.

Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin