“Müdafiə Nazirliyinin Keçmiş Baş əməliyyat idarəsinin rəisi bu yaxınlarda açıqlama verdi ki, ordumuzda xarici, xüsusilə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları var. Və o, açıqlamasında bir çox əməliyyatların uğursuzluğunda sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırdı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında milət vəkili Fazil Mustafa səsləndirib.
“Bu gün biz hakimlərin təyinatı məsələsinə baxacağıq. Ya hüquq-mühafizə orqanları həmin rəisi yalan söylədiyi üçün məsuliyyətə cəlb olunmalıdır, ya da Nəcməddin Sadıkov haqqında araşdırmalara başlanılmalıdır. Bununla çalışmalıyıq ki, heç olmasa nahaqdan ölmüş hərbçilərimizin haqqını qaytara bilək”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 23.12.2022
“Nəcməddin Sadıkov barəsində araşdırma başlamalıdır” – Parlamentdə TƏKLİF
Hazırda oxunan: “Nəcməddin Sadıkov barəsində araşdırma başlamalıdır” – Parlamentdə TƏKLİF
Hazırda oxunan: “Nəcməddin Sadıkov barəsində araşdırma başlamalıdır” – Parlamentdə TƏKLİF
111203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.