Postmüharibə dövrü ərzində doqquz mindən çox şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib.
Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a Dövlət Məşğulluq Xidmətindən bildirilib.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə müharibə şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir.
Bu sosial dəstək paketi çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır. Postmüharibə dövrü ərzində 22 minə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib.
Onların aktiv məşğulluq imkanları qiymətləndirilib. Bu görüşlərin nəticəsi olaraq 9 mindən çox şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib.
Onlar üçün kiçik ailə təsərrüfatları qurulub. Bu sahədə müvafiq qurumlarla əməkdaşlıq və aktiv məşğulluq proqramları çərçivəsində 6800-dən çox şəxsin daimi işlə təminatına da nail olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:55 / 22.12.2022
6800-dən çox şəhid ailəsi üzvü və müharibə əlili daimi işlə təmin olunub
Hazırda oxunan: 6800-dən çox şəhid ailəsi üzvü və müharibə əlili daimi işlə təmin olunub
Hazırda oxunan: 6800-dən çox şəhid ailəsi üzvü və müharibə əlili daimi işlə təmin olunub
111096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.