Bakıda II Beynəlxalq Plov Festivalı keçirilib - VİDEO

Hazırda oxunan: Bakıda II Beynəlxalq Plov Festivalı keçirilib - VİDEO

111068
AMKA-nın partnyor üzvləri və iştirakçılar diplomla mükafatlandırılıblar.

İnsanları, mədəniyyətləri birləşdirən qida faktorlarından biri düyü və düyüylə bağlı yeməklərdir. Müxtəlif dənəvər və yapışqan plovlar müəyyən adlar altında (plov, rizotta, keşkək, sıyıq və s.) bütün dünyanı  birləşdirir.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası təşkilatçılığı ilə dekabrın 11-də Bakı şəhərində II Beynəlxalq Plov Festivalına start verilib.

Azərbaycan Milli Kulinariya Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrin düyü mədəniyyəti ilə tanış olmaq və Azərbaycan mətbəxinin şah əsəri olan plovlar ilə xarici qonaqları tanış etməkdir.

Türkiyə, Özbəkistan, Yaponiya, İndoneziya, Tacikistan, Səudiyyə Ərəbistanı, Hindistan, Koreya, İran,Əfqanistan səfirliklərinin nümayəndələri festivalda öz ölkələrinin düyü, plov mədəniyyətlərini nümayiş etdiriblər. Qonaq qismində Belarusiya,Qırğızıstan respublikalarının səfirləri də sərgi ilə yaxından tanış olublar.

İran səfiri Möhsün Pak Aein , Koreya səfiri Kim Chang Gyu, Hindistan səfiri Sanjay Rana,Tacikistan səfiri Zoxor Azadoviç,Türkiyə Böyük Elçiliyinin Türkiyə Kultur və Tanıtım müşavirliyindən Murat Karaçanta, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdüri Fikrət Babayev festivalın rəsmi açılışında çıxış ediblər.

Festivalda AMKA-in partnyor üzvləri və iştirakçılar AMKA-nın diplomları ilə mükafatlandırılıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin