Tədbiri “Aşıq Şəmşir”x9d Mədəniyyət oçağı ictimai Birliyinin sədr müavini Həbib Misirov açaraq qeyd etdi ki, “Aşıq Şəmşir”x9d Mədəniyyət oçağı ictimai Birliyi mütəmadi olaraq Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə bağlı tədbirlər təşkil edir: "Bugünkü tədbirimiz də Ulu Öndərin vəfatının 12-çi ildönümünə həsr olunub. Kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarması Ulu öndər Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləridir. Dövlətimizin qorunub saxlanılması isə müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir! Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanılmışdır. Ulu öndərin Azərbaycan gəncliyini ölkənin aparıcı qüvvəsinə çevrirməsi, onların fəal surətdə dövlət idarəçiliyinə cəlb olunması istiqamətində həyata keçirdiyi tədbirlər, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan gənçliyinə verilən ən böyük dəyərlərdən biridir. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qlobaliaşandünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdiriiir".
Professor Şahlar Əsgərov bildirib ki məhz Heydər Əliyevin sayəsində xalqımız vətəndaş müharibəsindən qurtuldu: "1993-cü ildə Ulu öndər hakimiyyət yükünü öz üzərinə götürdü. 1995-ci ildən ölkədə iqtisadi irəliləyişlər başladı. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, növbəti 2-3 dəfəlik hakimiyyət dəyişməsi ölkənin parçalanmasına gətirib çıxaracaqdı. O zaman qətiyyətli addımları ilə Ümummilli liderimiz Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirdi. Heydər Əliyev qətiyyəti, müdrikliyi haqqında çox kitablar yazılıb, bundan sonra da yazılacaq. Heydər Əliyev çox yüksək düşünmə qabiliyyəti, çevikliyi, dünyagörüşü olan bir insan idi. Ulu öndərimizin həm keçmiş Sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyil. Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləyib, xalqın birliyi yaranıb. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı, O, öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və bu gün bu siaysət onun layiqli davamcısı möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir".
Digər çıxış edən məktəblilər Heydər Əliyevin irsi bağlı suallar verib və suallar ətrafında fikir mübadiləsi aparılıb.



































































































