Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şurasının növbəti, ikinci iclası keçirilib.
Bizim.Media-ya Şuradan verilən məlumata görə, iclasda Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktorunun müavini, icraçı direktor vəzifələrini müvəqqəti icra edən Tural Novruzov tərəfindən əsas hədəfləri özündə əks edən və icrası 2026-cı ilə qədər nəzərdə tutulan Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Strateji İnkişaf planı Müşahidə Şurası üzvlərinə təqdim edilib və ümumi rəy nəticəsində qəbul olunub.
Eyni zamanda, Müşahidə Şurasının iclasında bir sıra təşkilati məsələlər də müzakirə olunub və Şuşa Dövlət Qoruğu İdarəsinə yeni daxili auditor təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 22.12.2022
Şuşanın Strateji İnkişaf planı QƏBUL OLUNDU
Hazırda oxunan: Şuşanın Strateji İnkişaf planı QƏBUL OLUNDU
Hazırda oxunan: Şuşanın Strateji İnkişaf planı QƏBUL OLUNDU
111009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.