Polşanın Katovitse şəhərində azərbaycanlı gənclərin təşəbbüsü ilə teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, aksiya bitən anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib və hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar. Təxribatla bağlı polisə müraciət olunub, araşdırma aparılır.
Məlumata görə azərbaycanlılara qarşı təxribat törədən 3 erməni saxlanılıb. Diasporla İş üzrə Dövlət Komitəsi baş vermiş hadisəni və soydaşlarımızın vəziyyətini diqqətdə saxlayır. Onlara lazım olan bütün hüquqi və digər yardımlar göstəriləcək. Komitə bir daha soydaşlarımızı keçirilən dinc aksiyalar zamanı erməni təxribatlarına uymamağa çağırır. Onların məqsədləri təxribat törətmək və azərbaycanlıları provakasiyalara çəkməkdir.
Bizim.Media