Bakı aeroportunda ƏMƏLİYYAT - Əcnəbi saxlanıldı

Hazırda oxunan: Bakı aeroportunda ƏMƏLİYYAT - Əcnəbi saxlanıldı

110989

"Azərbaycan Hava Yolları"nın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda 22 dekabr 01:05 radələrində keçirdikləri xüsusi baxış zamanı Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" məlumat yayıb.

Xəbərə görə, baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb.

Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycan Respublikasına gətirib.

Habelə pasportlara baxış keçirən zaman Serbiya Respublikasının saxta vizaları da aşkar edilib.

Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanmış və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin