Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda taktiki təlim keçirib.
Bu barədə Bizim.Media-ya Regional mərkəzdən məlumat verilib.
Bildirilir ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi əyani şəkildə sınaqdan keçirilib.
Həmçinin qəzadan sonra ilkin tibbi yardımın göstərilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində iş aparılıb.
Taktiki təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişləri xilas edərək onlara təxirəsalınmaz ilkin tibbi yardım göstəriblər.
Uğurla icra olunan təlimdən sonra əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:45 / 22.12.2022
Qəzalarda təhlükədə olanlar necə xilas edilməlidir? - FOTO
Hazırda oxunan: Qəzalarda təhlükədə olanlar necə xilas edilməlidir? - FOTO
Hazırda oxunan: Qəzalarda təhlükədə olanlar necə xilas edilməlidir? - FOTO
110971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.