Karantin qaydalarını pozan kafe sahibləri cərimələndi - FOTOLAR

Hazırda oxunan: Karantin qaydalarını pozan kafe sahibləri cərimələndi - FOTOLAR

11091

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

 

MÖVZU İLƏ BAĞLI:

Karantin qaydalarını pozan moda evinin sahibi cərimələndi - FOTO


AQTA-dan verilən məlumata görə, qurum əməkdaşları tərəfindən Nərimanov rayonu, Y. Vəzirov küçəsi ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus "Okean" pub, Səbayıl rayonu, T. Əliyarbəyov 4A ünvanında yerləşən, fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus "Kefli" bar və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivində yerləşən, fiziki şəxs Əkbərova Gülmirə Əfsər qızına məxsus "Çayka" kafesində reyd keçirilib.

Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunmaması və tələblərin kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı sahibkarlıq subyektləri barədə qanunvericiliyin tələbləri çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə uyğun olaraq 4000 AZN cərimə tətbiq olunub. (qafqaz.info)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin