Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov vəzifəsindən ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk səhifəsində məlumat verilib.
Məlumatda bildirilir ki, o, öz təşəbbüsü ilə işdən çıxıb.
Qeyd edilib ki, Elman Məmmədov 2011-ci ildən Mərkəzi Gömrük Hospitalının baş həkimi vəzifəsində çalışırdı.
Bizim.Media