Vasif Talıbov istefa iclasında iştirak etməyib – FOTO 

Hazırda oxunan: Vasif Talıbov istefa iclasında iştirak etməyib – FOTO 

110869

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa səbəbi açıqlanıb. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün keçirilən iclasda bildirib. 

O bildirib ki, V.Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, iclasda V.Talıbovun özü iştirak etməsə də, deputat oğlu Seymur Talıbov orada olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin