Quba Rayon Polis Şöbəsinə rayonun Amsar kəndi ərazisində olan fermadan oğurluq edilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Ümid Mehdiyev və İlham Rəcəbli saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 6 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan oğurlamaqla ümumilikdə zərərçəkmişə 6800 (altı min səkkiz yüz) manat ziyan vurublar.
Məlumat üçün bildirək ki, oğurluq edilən ferma İ.Rəcəblinin əmisinə məxsusdur.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Bizim.Media