Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Ukraynadan Türkiyəyə qayıdan A400M təyyarələri pilotlar və onların ailələri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər həmin pilotların ailələrinə hədiyyələr veriblər.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar vəzifəni uğurla yerinə yetirən pilotları təbrik edib.
Xatırladaq ki, humanitar yardımların çatdırılması və Ukraynadakı Türkiyə vətəndaşlarınn təxliyəsi üçün bu ölkəyə yola düşən iki A400m təyyarəsi dünən Türkiyənin Kayseri şəhərinə qayıdıb.
Bizim.Media
Türkiye-Azerbaycan-Gürcistan Savunma Bakanları Toplantısı için Kayseri’de bulunan Millî Savunma Bakanı Hulusi Akar, Ukrayna’dan dönen uçak personelimiz ve aileleriyle bir araya geldi. Bakan Akar'a Azerbaycan Savunma Bakanı Org. Zakir Hasanov da eşlik etti.//t.co/rb5w4xjNTU pic.twitter.com/6Io7CukNfF
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 21, 2022