Ağdamda ƏMƏLİYYAT: Saxlanılanlar var

Hazırda oxunan: Ağdamda ƏMƏLİYYAT: Saxlanılanlar var

110785

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağcabədi rayon sakinləri E.Əliyev, Ə.Qasımov və Ş.Həsənovun Ergi düzü ərazisində qanunsuz ov etdikləri müəyyən olunub.

Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin