Bakı Beynəlxalq Avtovağzalında çalışan 500-dən cox sürücü prezidentdən kömək istəyir

Hazırda oxunan: Bakı Beynəlxalq Avtovağzalında çalışan 500-dən cox sürücü prezidentdən kömək istəyir

110762

Bakı Beynəlxalq Avtovağzalında çalışan 500-dən çox sürücü Moderator.az vasitəsi ilə prezidentən kömək istəyib. Sürücülərin saytımıza daxil olan müraciətində deyilir:

“Cənab prezident. Nəzərinizə çatdırırıq ki, bizə cari ilin dekabr ayından etibarən fəaliyyətimizlə bağlı əngəllər yaratmağa başlayıblar.xa0 Bildirirlər ki, fəaliyyət göstərmək üçün lisenziya almaq lazımdır. Hansı ki, oturacaq sayı 23 olan avtobuslara lisenziya düşmür. Bu isəxa0 o deməkdir ki, biz hələ borcunu ödəmədiyimiz avtobusları daha bahalı avtobuslarla əvəzləməliyik.

Biz bu vaxta qədər vergi verərək, bütün qanuni ödəmnişlərimizi ödəyərək fəaliyyət göstərmişik. Biz sürücülərin böyük əksəriyyəti avtobusları evlərimizi banka girov qoyaraq, ordan götürdüyümüz vəsait hesabına almışıq.İndi bizin fəaliyyətimizə imkan verilməsə, banka olan borcumuzu ödəyə bilməyəcəyik. Bu isə o deməkdir ki, nəinki çörəyimizdən, həm də evimizdən məhrum olacayıq.

Cənab prezident. Onu da bildiririk ki, bizə verilən xəbərdarlıqların heç birində hər hansı möhür, onların rəsmi sənəd sayılması üçün gərəkli olan hər hansı nişan yoxdur. Bunlar adi kserokopiya kağızlarıdır ki, burada da aşağıdakı məzmunlu xəbərdarlıq yer alır:

“Sərnişin daşımalarını həyata kecirən xırda və iri tutumlu avtobus sürücülərindən tələb olunur avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalar haqında Nazirlər Kabinetinin 17 sentiyabır 2009 -ci-il 141 nömrəli qərarına əsasən uzunluğu 150 km -dən cox olan şəhərlərarası, rayonlar arası və beynəlxalq marşurutda oturacaq yerlərinin sayı 23- dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilmir”x9d.

İndi bu xəbərdrarlığı ortaya çıxardaraq bizə bildirirlər ki, 2016-cı ilin 1 yanvar tarixindən işə çıxmayaq. Buna səbəb kimi bizim idarə etdiyimiz avtobusların 23 oturacaqlı “Mercedes sprinter”x9d markalı avtobuslar olduğu bildirilir. Bizdən tələb olunan isə bu avtobusları daha iritutumlu avtobuslarla əvəzləməkdir ki, buna da bizim maddi imkanımız yol vermir.

Onu da vurğulayırıq ki, bu, bizim başımıza açılan ilk bu cür oyun deyil. Bundan öncə biz”x9dFord”x9d markalı avtobuslar sürürdük ki, bizdən bu avtobusları “Mercedes sprinter”x9d tipli avtobuslarla əvəzləmək tələb olundu. Həmin vaxt biz evlərimizi banka girov qoymaq, qohum-əqrabadan borc almaq hesabına bunu etdik. Lakin indi bizdən tələb edilən daha iritutumlu avtobusları almağa imkanımız yoxdur.

Cənab prezident. Siz son çıxışlarınızda da qeyd etmisiniz ki, kiçik sahibkarlar lisenziya almadan da, vergi ödəmək şərti ilə işləyə bilərlər. Sizdən xahiş edirik ki, 500 sürücünün fəaliyyətinə yaradılan bu maneənin aradan qaldırılmasında bizə yardımçı olasınız. Problemin həlli üçün əlaqədar qurumlara müvafiq tapşırıq verəsiniz. Əks təqdirdə, baş verənlər minlərlə insanın ac qalması ilə yanaşı, həm də yüzlərlə ailənin evsiz-eşiksiz qalması, bank borcu altına əzilməsi və çıxış yolu kimi intihara əl atması ilə nəticələnəcək”x9d.

xa0

xa0

xa0

xa0

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin