Ağdamda qətlə yetirilən qadın 5 uşaq anası olub - YENİLƏNİB

Hazırda oxunan: Ağdamda qətlə yetirilən qadın 5 uşaq anası olub - YENİLƏNİB

110759

Ağdamda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, rayonun məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində yaşayan 37 yaşlı Tünzalə İbadovanı öldürən əri 1974-cü il təvəllüdlü Sahib İbadov içki aludəçisi olub. 

Sahib İbadovun əmisi oğlu, Namiq İbadov bildirib ki, Sahibin törətdiyi cinayət hər kəsi, o cümlədən anasını hiddətləndirib: 

“Tünzalə sakit gəlin idi. Gözləmirdik belə bir hadisə ola. Sahib bənna işləyirdi, amma içki aludəçisi idi, çox içirdi. Tünzalə işləmirdi, uşaqlarına baxırdı. Gözləmədiyimiz hadisə oldu. Hamısı spirtli içkinin təsiridir. Tünzalənin qohumları Bakının Qobu qəsəbəsində yaşayır. Özü yetim idi, 5 övladı da yetim qaldı. Böyük uşağının 12, balacasının 3 yaşı var”.

09.47

Dekabrın 21-i saat 03 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağdam rayon prokurorluğu yayıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub. 

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin