Avtomobil 10 yaşlı oğlanı vurdu

Hazırda oxunan: Avtomobil 10 yaşlı oğlanı vurdu

110741

Şəkidə azyaşlını avtomobil vurub. Hadisə rayonun Böyük Dəhnə kəndində qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, hadisə Yevlax-Şəki avtomobil yolunun kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil yolu keçmək istəyən 10 yaşlı Cəlil Əhmədovu vurub.

Qəza nəticəsində Cəlil Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardımın köməkliyi ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Həkimlərin ilkin müayinəsindən sonra yaralıya sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub. Hazırda müalicə və müayinəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırmalar başlayıb. Hadisənin təfərrüatı araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin