Oğuz rayon Xaçmaz kənd Ailə Sağlamlıq Mərkəzinin baş həkimi idarə etdiyi avtomobillə qəza törədib.
Bizim.Media-nın yerli bürosu bildirir ki, Oğuz şəhər sakini, 33 yaşlı Murad Sərkərov “Opel Vectra” markalı avtomobillə hərərəkdə olarkən idarəetməni itirdiyindən avtomobil aşıb.
Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Həyata keçirilən ilkin tibbi yardım və müalicədən sonra Murad Sərkərovun sonrakı müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ rayon mərkəzi xəstəxanasına göndərilməsi qərara alınıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma başlanıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu