Daha 4 qazimiz Türkiyədən Vətənə qayıtdı

Hazırda oxunan: Daha 4 qazimiz Türkiyədən Vətənə qayıtdı

110726

Ağır yaralanan dörd qazimiz – Musayev Vadim Fikrətoviç, Səmədov Ceyhun Eldar oğlu, Ram İsmayılov Rəhman oğlu və Abdurrahmanov Nicat İlqar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar. 

Bizim.Media xəbər verir ki, ağır yaralılardan olan Əhmədov Saməddin Həmid oğlunun müalicəsi davam etdiyindən o, təkrarən Türkiyəyə göndərilib. 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. 

Xatırladaq ki, bu günə qədər 177 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. 
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

//yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin