“Rusiyanın genişmiqyaslı təcavüzünə baxmayaraq, Ukrayna 2023-cü ildə GUAM-a sədrliyi dövründə məhsuldar və qətiyyətli liderliyə sadiq olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba GUAM XİN Şurasının onlayn formatda keçirilmiş iclasında deyib.
Kuleba Moldovaya builki sədrliyə görə minnətdarlıq ifadə edib və əlavə edib ki, Ukrayna gələn il GUAM-a qətiyyətli və məhsuldar liderlik etmək əzmindədir.
Dmitri Kuleba təşkilata sədrlik edəcəyi dövrdə Ukraynanın 5 prioritetini qeyd edib:
“Bu prioritetlərin arasında GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü; yeni iqtisadi imkanların yaradılması və Avropa və Asiya bazarları arasında ticarətin inkişafı; azad ticarət zonasının tam fəaliyyətinə nail olmaq; GUAM Nəqliyyat Dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət; gömrük prosedurlarının sadələşdirilməsi və GUAM Nəqliyyat Dəhlizi çərçivəsində daşınma üçün sənədlərə kompleks yanaşmanın tətbiqi daxildir”.
Yeni sədr həmçinin rus dilinin GUAM-ın rəsmi və işçi dili statusundan məhrum edilməsində üzv dövlətlərin dəstəyinə ümid etdiyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:12 / 20.12.2022
“Rus dili GUAM-ın rəsmi və işçi dili statusundan məhrum edilsin” – Kulebadan TƏKLİF
Hazırda oxunan: “Rus dili GUAM-ın rəsmi və işçi dili statusundan məhrum edilsin” – Kulebadan TƏKLİF
Hazırda oxunan: “Rus dili GUAM-ın rəsmi və işçi dili statusundan məhrum edilsin” – Kulebadan TƏKLİF
110699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.