Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, dekabrın 20-si saat 17:30-a olan məlumata əsasən Şuşa, Daşkəsən, Gədəbəy, Qax, Altıağac, Quba, Qusar, Qusar, Xaltan, Qrızda qar; Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Naftalan, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, Kürdəmir, İmişli, Cəfərxan, Yardımlı, Lerik, Lənkəran, Astarada yağıntılı olub.
Şimal-qərb küləyi arabir Bakıda 32 m/s, Abşeron Dəniz rayonunda 23-30 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.7 metrə çatıb.
Küləkli hava şəraiti 21-i gecə saatlarından mülayimləşəcək, səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə aşağı enib, hal-hazırda Bakıda 4°-dək isti qeydə alınıb.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:54 / 20.12.2022
Bakıda küləyin sürəti saniyədə 32 metrə çatıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bakıda küləyin sürəti saniyədə 32 metrə çatıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bakıda küləyin sürəti saniyədə 32 metrə çatıb - FAKTİKİ HAVA
110678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.