Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qobustan rayonunun sabiq icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Moderator.az tezadlar.az-a istinadən xəbər verir ki, prosesə hakim Mayıl Bayramov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək həbs-qətimkan tədbiri ilə əvəzlənib. R.Alışov məhkəmə zalında həbs edilib. Məhkəmə baxışı dekabrın 18-ə təyin edilib.
Qeyd edək ki, Rafiq Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə dələzuluqda) ilə cinayət işi açılıb.
ELMAN RÜSTƏMOV RAFİQ ALIŞOVU BİR DƏFƏ HƏBSDƏN XİLAS EDİB, AMMA...
Rafiq Alışova "Allah qapısını açsın!" deyərək onu da bildiririk ki, hələ 2013-cü ildə R.Alışovun başına oxşar hadisə də gəlmişdi... Belə ki, həmin ilin sentyabrında dələduzluqda ittihamlanaraq həbs edilmiş Qobustan RİH-nin keçmiş başçısının Milli Bankın sədri Elman Rüstəmovun köməkliyi sayəsində azad olunması barədə «Təzadlar»a məlumat daxil oldu”¦ Həmin ilin avqustun 29-da məhkəmə qərarı ilə həbs olunmuş Qobustan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rafiq Alışov barədə «Təzadlar»a başqa daha maraqlı məlumat daxil olmuşdu. Məlumata görə, barəsində 2013-cü ilin avqustun 29-da Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbs olunmuş Rafiq Alışovun sonradan azad edilməsi xəbəri yayıldı. Xəbərdə onun azad olunmasında Milli Bankın sədri Elman Rüstəmovun xüsusi rol oynadığı bildirilirdi. Belə ki, E.Rüstəmovla Rafiq Alışov yaxın dost olublar”¦ Amma göründüyü kimi, keçmiş başçı Elman Rüstəmovun köməyindən nəticə çıxarmayıb.xa0
Xatırladırıq ki, Baş Prokurorluğun hələ 2013-cü ilin avqustun 29-da yaydığı rəsmi məlumatda deyilirdi ki, «”¦Sabiq icra başçısı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə dələduzluqda ittiham olunur». Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi 7 ildən 12 ilədək həbs cəzasını nəzərdə tutur.
Rafiq Şıxməmməd oğlu Alışov Qobustan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib.
***
O vaxt adının çəkilməsini istəməyən tanınmış vəkillərin birindən bu maddə ilə həbs olunmuş şəxsin istintaq başa çatmamış azad olunmasının mümkünlüyünü soruşduq. O, bildirmişdi ki, "Qanunvericilik bəzi istisnalar olmaqla bunu mümkünsüz edir”¦ Amma onu nəzərə almaq lazımdır ki, həbs qətimkan tədbiri seçilərkən qərar hansı müddətə verilib. Yəni təqsirləndirilən şəxsin həbs müddəti məhkəmənin həmin qərarında hansı müddətə seçilib. Qalan hallarda istintaq başa çatmamış və məhkəməyə göndərilməmiş bu mümkün deyil. Amma həm də nəzərə alın ki, Azərbaycanda çox şeylər baş verə bilir”¦".











































































































