Məhkəmə İTV-nin MTRŞ-ya qarşı şikayətini təmin etməyib

Hazırda oxunan: Məhkəmə İTV-nin MTRŞ-ya qarşı şikayətini təmin etməyib

110657
Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib.
xa0
APA-nın məlumatına görə, xa0prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
xa0xa0
Qeyd edək ki, MTRŞ İTV-də yayımlanan “Qarabağnamə”x9d çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.
xa0
İTV "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə Şura məhkəməyə müraciət edib.
xa0
2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı.
xa0
Həmin vaxt “Qarabağnamə”x9d serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin