“Bakı Metropoliteni” QSC-nin fevral ayının 15- də fəaliyyətə başlaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bunu Bizim.Media-ya ''Bakı Metropoliteni'' QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Bakı metrosunun dövlətə borcu artdı - RƏQƏMLƏR
“Metronun açılması ilə bağlı nəyinki Nazirlər Kabinetindən, heç daxili qayda da hansısa göstəriş almamışıq.”
Xatırladaq ki, yerli mətbuatda Bakı metrosunun 15 fevralda işə başlamağı ilə bağlı məlumat yayılıb.
Yazılan xəbərlərdə deyilir ki, bütün işçilərə, o cümlədən maşinistlərə fevralın 15-dən işdə olmaq göstərişi verilib.
Gülşanə Mustafayeva, Bizim.Media