Ölkədə nikah yaşı 18 qəbul edilməlidir - Komitə sədri

Hazırda oxunan: Ölkədə nikah yaşı 18 qəbul edilməlidir - Komitə sədri

110597

“Bizdə bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir. Amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır: 

“Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə uşaq nikahı və erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin