Cərrah Rəşad Mahmudovla dəfələrlə əlaqə saxlamağa çalışsaq da təəssüf ki, cəhdlərimiz boşa çıxdı, həkim əməliyyatda olduğundan onunla danışa bilmədik. Ancaq həkimin köməkçisixa0 uşağın valideynlərin müayinələrin cavablarını onlara çatdırmalarını istədi. Və onu da bildirdi ki, əməliyyatların çoxluğuna baxmayaraq həkim həmin ailəni qəbul edəcək, müayinələrin cavabları ilə tanış olduqdan sonra öz fikrini söyləyəcək.
Qeyd edək ki, cərrah Rəşad Mahmudov bir neçə il öncə ailənin böyük övladını Neftçilər Xəstəxanasında cərrahiyyə əməliyyatı edib. Çox uğurlu əməliyyat keçirən uşaq indi tamamilə sağlamdır və birinci sinifdə oxuyur.
Rumiyyə
































































































