7 MİN işçidən 400 NƏFƏRİ qaldı – Bir istehsal müəssisəsi gözgörə niyə məhv edildi? - REPORTAJ

Hazırda oxunan: 7 MİN işçidən 400 NƏFƏRİ qaldı – Bir istehsal müəssisəsi gözgörə niyə məhv edildi? - REPORTAJ

110572

- Sabahınız xeyr olsun, Zərinə xanım. Burada nə iş görürürsünüz, nədən ibarətdir işiniz?

– Sabauuz xeyir, heş zad, baramalar gəlir həbilə kasetlərdə, biz də ouu açırıq. İpəhy istehsal edirih da.

–  Bəs saplar qırılanda neynirsiz?

 – Hayindi atlandırırıx, düyürüh.  

Şəki İpək Kombinatında (“Azəripək” MMC) ilk iş prosesi də elə bu baramaaçan sexdən başlayır. Zərinə Hümbətova sexin ən təcrübəli işçilərindəndir. Deyir ki, bu iş yeri təkcə maddi ehtiyac deyil, həm də mənəvi istəkdir:

“Bir şəkili kimi anlayıram ki, mən Şəkidən üzü dünyaya çıxan gözəl ipəklərin tanıdılması üçün vacib bir işin bir parçasıyam, bu da adama qürur verir”.


İpək kombinatında bir neçə istehsalat sahəsi var ki, bir gün belə fəaliyyətini dayandırmayıb. Onlardan da ilki baramaaçan istehsalatı sexidir. Səhər tezdən bütün proseslər buradan başlayır. Barama qəbul olunur, qaynar qazanlarda bişirilir, sonra ip ayrılması üçün ayrıcı dəzgahlara ötürülür.

Bu istehsalat sahəsində çalışanların əksəri qadınlardır. Baramaaçan sexində işləmək insanlardan böyük zəhmət və əziyyət tələb edir. Çünki bütün günü əllərin qaynar suda qalır...
İpək sapın alınması sadə görünsə də olduqca mürəkkəb bir prosesdən sonra mümkün olur. Sex rəisi Şükür Bayraməliyev gün boyu bütün dəzgahlara nəzarət həyata keçirir eyni zamanda işçilərin ipayırma prosesini izləyərək məsləhətlərini verir.

Sex rəisi izah edir ki, vakkum verilmiş barama bura verildikdən sonra ustaların köməyi vasitəsilə bu düymədən keçirilər və 11-12 ədəd baramadan bir dənə sap əldə olunur:

“Təbii ki o aslıdır baramanın ölçüsündən və keyfiyyətindən. Hazırda istehsalatımızda 310 nömrəli ipək istehsal elədiyimiz üçün 11-12 ədəd baramadan istifadə edirik. İstifadə elədiyimiz xam ipək günün sonunda düşür yerə aparırıq təkrar sarımaya”.

Baramaaçan istehsalatda ayrılan iplər digər bir sexdə kələflənir. Daha sonra toxucu sexinə ötürülür. Bəli bu sexdə ən professional ipəkçilər çalışır. Bir dəzgahdan eyni anda on mindən artıq ip keçərək onu ipək parçaya çevirir.


Toxuculuq sexinin texnoloqu Məhəbbət Abduləzimova bizi iş prosesi ilə tanış edərkən bildirir ki, hazırda istehsalatımızda kəlağayı parçası toxunur:  

“Hazırda istehsalatımızda kəlağayı parçası toxunur. Baxmayaraq ki, avadanlığımızın müəyyən hissəsi sovet dövründən qalma avadanlıqlardır. Lakin bunlar bizim toxuduğumuz parçanın keyfiyyətinə heç bir təsir göstərmir. Gündəlik idtehsalatımızda 700 paqonmetr parça parça toxunur, aylıq isə 14 min metr parça deməkdir”.


Səsli-küylü toxucu istehsalatı sexindən keçirik tam sakit bir məkana. Müəssisənin gülləmə sexindəyik. Burada kəlağayların üzərinə müxtəlif bəzərklər vurulur. Xüsusən də butadan istifadə olunur. Belə ki, butaya dünya bazarlarında indi buta naxışları trenddir. 

Xanımların iş prosesini izləyirik. Hər kəs zərgər dəqiqliyi ilə işini yerinə yetirir. Cüzi yanlışlıq kəlağayının sıradan çıxmasına, naxışların korlanmasına səbəb ola bilər.


İpək kombinatının xalça sexində də olduq. Məlumat verildi ki, ipək saplar o qədər zərif olur ki, bəzən bir işçi gün ərzində 2 ya 3 sm xalça toxuya bilir. Lakin bu xlaçalara yerli və dünya bazarlarında böyük təlabat var. Xalça sexinin baş ustası Gülnaz Nurəhmədova fəaliyyətə necə bşlamalarından danışır. 

“Xalça sexini 2002-ci ildə açmşıq. Burda sırf ipək toxunur. Bizdə toxunan ipəyin sıxlığı yüksəkdir. Yəni bir kvadratmetrədə 490 min ilmə var. Seximizdə bütün Azərbaycan xalçaçılıq məktəbinə aid xalçalar toxunur. Hazırda Quba xalçası, Qarabağ xalçası, Şəki xanlığı var, yəni Şəki xan sarayının ornamentindən götürülmüş xalçalar da toxunur. O heç yerdə yoxdur, ilk dəfə burada toxunub”. 

Xatırladaq ki, hazırda Şəki ipəyindən hazırlanan parçalar Rusiya və İran bazarlarında daha çox satılır. Bundan başqa Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə də müəyyən miqdarda məhsullarımız çıxarılır. 

Sadəcə bir nisbət var, keçmişlərdə Şəki İpək Kombimnatında 7-8 min nəfər işçi çalışırdı. İndi onların sayı 400 nəfərə qədər enib. Heç müqayisə etməli məqam deyil, çünki dünya daha yaxın və loqistika imkanlarının artdığı bir vaxtda əslində artım olmalı idi. İpəkçilik isə dünyanın ən unukal sahəsi kimi hələ də öz mövqeyini qoruyur. Vaxt vardı ki, kombinatın dəzgahları heç gecə də söndürülmürdü, neçə növbəli iş vardı burada.

Vacib bir iki qeydi də diqqətinizə çatdıraq:

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda, o cümlədən Şəkidə ipəkçilik ən inkişaf etmiş sahə idi, şöhrəti bütün ittifaqı ayaqları altına sərmişdi, hətta bütün dünyada məşhurlaşmışdı. Həmin illərdə respublikamızda ildə 5-6 min ton yaş barama və 350-400 ton xam ipək istehsal olunur, 10 milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. İpəkqurdunun bəslənməsi və barama istehsalı ilə 150 mindən çox kəndli ailəsi məşğul olurdu. 

Bir müddət əvvəl Azərbaycanın təşəbbüsü ilə ipəkçilik UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul olunub. Şəki isə Zaqafqaziyanın ilk ən böyük ipəkçilik mərkəzidir.

Daha nə olsun? Düşünmək, doğru planlaşdırmaq və zəhmət çəkmək lazımdır...

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin