Sahibkarlıq subyektləri ilə bağlı yeni layihəyə bu tarixdə start veriləcək

Hazırda oxunan: Sahibkarlıq subyektləri ilə bağlı yeni layihəyə bu tarixdə start veriləcək

110570

Dövlət Gömrük Komitəsi (DGK) sahibkarlıq subyektlərinin şəxsi uçot vərəqəsinin yaradılması ilə bağlı layihə həyata keçirəcək.

Bizim.Media xəbər verir ki, bunu DGK-nın Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini Əsgər Məmmədov bu gün keçirilən "Gömrük islahatları: Çağırışlar və imkanlar" mövzusunda ictimai müzakirədə deyib.

O, layihənin hazırda tesr rejimində olduğunu bildirib:

"Sahibkarlıq subyektləri bilir ki, bu gün gömrük orqanları müxtəlif yerli xəzinədarlıq orqanlarında ayrı-ayrı hesablarda xidmət olunurlar.
Buna görə də, məsələn, Bakıda mal rəsmilləşdirmək istəyənin Sumqayıtda bir avans məbləği varsa, o bu Sumqayıtdakı avans məbləğindən istifadə etmək üçün lüzumsuz yerə müraciət edir, vəsaiti bir xəzinədarlıq orqanından başqasına köçürməyi xahiş edir, onun vəsaiti Sumqayıtdan Bakıya köçürülür və ondan sonra Bakıdakı rəsmilləşdirmə həyata keçirilə bilir".

Ə. Məmmədovun sözlərinə görə, bu nöqsanı aradan qaldırmaq üçün DGK-nin xəzinədarlıq orqanında vahid hesabı və sahibkarlıq subyektlərinin Komitədə bir şəxsi uçot vərəqəsinin yaradılmasına dair böyük bir layihə başladılıb.
Biz onu yanvarın 1-dən tətbiq etməyi hədəfləyirik. Bu sistem işə düşəndən sonra sahibkarlıq subyektləri bir hesab üzərindən vahid yanaşma ilə istənilən tədiyə növü üzrə öz vəsaitlərini rahat şəkildə ödəyə biləcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin