Sumqayıt Mərkəzi uşaq kitabxanasından xeyriyyəçi addım...- FOTO

Hazırda oxunan: Sumqayıt Mərkəzi uşaq kitabxanasından xeyriyyəçi addım...- FOTO

110489
Sumqayıt Mərkəzi uşaq kitabxanası səyyar kitabxana xidməti fəaliyyətini davam etdirir.

Moderator.az-a verilən məlumata görə kitabxana xidmətindən uzaq düşmüş qaçqın və məcburi köçkünlərin  məskunlaşdığı ərazilərdə yeniyetmə və uşaqlara səyyar kitabxanaların təşkil edilməsi, gənc nəslin kitabxanalara cəlb edilməsi məqsədilə bu gün Mərkəzi uşaq kitabxanasının əməkdaşları Sumqayıtdakı Zəngilan rayonunun 15 saylı tam orta məktəbində səyyar kitabxana xidməti təşkil ediblər.
 Kitabxana işçiləri tarixə, milli-mənəvi dəyərlərimizə,  bədii ədəbiyyatımıza,  mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq hüquqlarına dair kitabları nümayiş etdirmiş və oxucuları  kitabxanaya abunə edərək istədikləri ədəbiyyatlar ilə onları təmin ediblər.
Səyyar kitabxana xidmətinin əsas məqsədi kitabxana fəaliyyətinin yaxşılaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi və gənc nəslin kitaba və kitabxanaya olan marağını artırmaq və oxucuları kitabxanalara cəlb etmək, oxucularda mütaliə vərdişlərini və mütaliə mədəniyyətini inkişaf etdirməkdir.
Sumqayıt Mərkəzi uşaq kitabxanasından xeyriyyəçi addım...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10255.jpg">Sumqayıt Mərkəzi uşaq kitabxanasından xeyriyyəçi addım...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10256.jpg">Sumqayıt Mərkəzi uşaq kitabxanasından xeyriyyəçi addım...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10257.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin