Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri Ali Məhkəməyə MÜRACİƏT ETDİ 

Hazırda oxunan: Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri Ali Məhkəməyə MÜRACİƏT ETDİ 

110482

Naxçıvanın sabiq daxili işlər naziri general-mayor Əhməd Əhmədov kassasiya şikayəti verib. 

Bizim.Media APA-ya istinadən xəbər verir ki, şikayət ərizəsində sabiq nazir barəsində həbslə bağlı olmayan qərar qəbul olunması istənilib. 

Bundan başqa Əhməd Əhmədovun səhhətindəki problemlərə görə, bir müddətdir xəstəxanaya yerləşdirildiyi də məhkəmənin diqqətinə çatdırılıb. 

Ali Məhkəmə şikayəti icraata qəbul edib. 

Xatırladaq ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılıraq həbs edilib. 

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. 

Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin