SON DƏQİQƏ: Əli Həsənovun ölkədən çıxışına "stop" qoyuldu

Hazırda oxunan: SON DƏQİQƏ: Əli Həsənovun ölkədən çıxışına "stop" qoyuldu

110461

Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun ölkədən çıxışına "stop" qoyulub.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, keçmiş şöbə müdiri bir neçə gün öncə Qətərdə keçirilən futbol üzrə dünya çempionatını izləmək üçün Dohaya səfər etmək istəyib.

Lakin hava limanında Əli Həsənovun uçuşuna icazə verilməyib. 

Ehtimala görə, Əli Həsənov Qətərdən Dubaya getməyi və Azərbaycana geri qayıtmamağı planlaşdırıbmış. 

Qeyd edək ki, Əli Həsənovun övladları ölkə xaricində biznes fəaliyyəti ilə məşğuldur. Hazırda Əli Həsənovun oğlu ABŞ-da, qızı isə Dubayda yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin