Qadağan olunmuş yerlərdə SİQARET ÇƏKMƏK olar?

Hazırda oxunan: Qadağan olunmuş yerlərdə SİQARET ÇƏKMƏK olar?

110455

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanunun 10-cu maddəsinə görə, restoran, kafe, barlar daxil olmaqla ictimai-iaşə obyektlərində tütündən istifadə etməyə icazə verilmir. Buna baxmayaraq, paytaxt küçələrində yerləşən bir çox restoranlarda siqaret çəkənlər var. Hətta məkanlarda “siqaret çəkmək qadağandır” işarəsinə belə məhəl qoyulmur. 

Belə olduğu halda Daxili İşlər Nazirliyinin ictimai-iaşə obyektlərində siqaret çəkənlərə qarşı reyd keçirməsi gözlənilirmi? 

Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində ictima-iaşə obyektlərində tütündən istifadə ilə bağlı qadağanedici normalar həmin obyektlərin daxili qaydalarına uyğun təşkil olunur: 

“Hər bir halda ictimai-iaşə obyektlərində siqaret çəkmək üçün müvafiq yerlər var və həmin yerlərdə siqaretin çəkilməsinə icazə verilir. Polis tərəfindən paytaxt ərazisində nəzarət-profilaktik tədbirlər həyata keçirilir. İctimai, müəyyən olunmamış, urnalardan kənarda tütün məmulatlarından istifadə edən şəxslər barəsində inzibati tənbeh tədbirlərinin görülməsi diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır”. 

Qeyd olunub ki, ictimai-iaşə və buna bərabər digər obyektlərdə xidmətə cəlb olunan naryad qrupları tərəfindən obyekt rəhbərləri ilə müvafiq profilaktik söhbətlər aparılır ki, qanunvericiliyə uyğun norma və qaydalara əməl etsinlər.  

Göründüyü kimi Daxili İşlər Nazirliyi cərimə yazmaqda maraqlı deyil. Profilaktik söhbətlər həyata keçirməklə ictimai-iaşə obyektlərində tütündən istifadə ilə bağlı neqativ halların qarşısını almağa çalışır. Lakin real mənzərə onu deməyə əsas verir ki, bu məsələdə cərimə tətbiqi kütləvi hal almayana qədər bu cür neqativ halların qarşısını almaq çətin olacaq. 

Mövzu diqqətimizdədir. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin