Səkkizincü gündür ki, Şuşa-Xankəndi avtomobil yolunda dinc etiraz aksiyası davam edir. Aksiya iştirakçılarının sayı günbəgün artır. Üstəlik, aksiyaya beynəlxalq reaksiyaların sayı durmadan artır. Bu da onu göstərir ki, soydaşlarımızın 8 günlük gərgin fəaliyyəti öz nəticələrini verir. Bunlar hansılardır?
Birincisi, bu aksiya hesabına ermənilərin Qarabağda apardığı ekoloji terrorla bağlı dünya ictimaiyyəti geniş məlumat əldə etdi.
İkincisi, aksiya iştirakçıları sülhməramlılara bir növ öz yerini göstərdi. Son 2 ildə sülhməramlılar Qarabağda özfəaliyyətlə məşğul olub. Öz missiyalarını unudaraq ermənilər üçün təsərrüfat işləri görüb, eləcə də ermənilərin maddi-mənəvi sərvətlərimizin dağıtmaqda və xaricə daşımalarında onlara yardımçı olub. Lakin, son səkkiz gündə isə sülhməramlıların əl-qolu bağlanıb.
MÖVZU İLƏ BAĞLI:
Laçın yolunda ABŞ-ın MƏNTİQSİZLİYİ
3. Aksiyalar hesabına Xankəndi-Laçın avtomobil yoluna ictimai nəzarət təmin olunub. Artıq ermənilər daha əvvəlki kimi bu yoldan sərbəs şəkildə və istədikləri kimi istifadə edə bilmirlər.
4. Ermənistanda və Qrabağdakı ermənilər arasında ciddi təşviş və narahatçılıq yaranıb. Ermənilər Qarabağdan qaçmaq üçün yollar axtarırlar. Ermənistanın siyasi hakimiyyəti isə Azərbaycanla dialoq üçün müxtəlif yollara əl atır.
8 günlük aksiyada daha hansı sahədə uğurlarımız olub?
Politoloq Tofiq Abbasov Bizim.Media-ya açıqlamsında bildirdi ki, bu aksiyalar cəmiyyətimizdəki yekdilliyi və daxili konsesu göstərdi:
“Bu aksiya həmçinin. vətəndaş cəmiyyətinin aktivliyini, xalqımızın nə dərəcədə mübariz və məqsədyönlü fəaliyyət gösrədiyini ortaya qoydu. Aksiyalar həm də bir həqiqəti sübut etdi ki, xalqın birliyi istənilən problemin asanlıqla həlli üçün ən yaxşı vasitədir. 8 gündə biz çox yaxşı hadisələrə şahid olduq. Amma burda əsas məsələ odur ki, xalqımızın istifadə etdiyi yumşaq güc son dərəcə böyük effektlər verir”.
Surxay Atakişiyev, Bizim.Media