Ən gənc Vətən Müharibəsi Qəhrəmanı Laçın yolundakı dinc aksiyaya qoşuldu

Hazırda oxunan: Ən gənc Vətən Müharibəsi Qəhrəmanı Laçın yolundakı dinc aksiyaya qoşuldu

110368

Azərbaycanın ən gənc Vətən Müharibəsi Qəhrəmanı Xankəndi-Laçın yolunda keçirilən dinc aksiyaya könüllü olaraq qoşulub.  

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycanın ən gənc iki Vətən müharibəsi qəhrəmanlarından biri, Azər Abdullazadə Şuşa şəhərinə gələrək dinc aksiyaçıların sıralarına qoşulub. 

O, öz açıqlamasında ekoloji terrora qəti etiraz etdiyini və mina terrorunu pislədiyini dilə gətirib: 

"Artıq müharibə geridə qaldı. Bir daha insan təlafatının baş verməsi arzu olunan hal deyil. Buna görə də mən dinc aksiyaya qoşulub ekoloji terrora yox deyirəm. Ümid edirəm ki, Azərbaycana qarşı ekoloji terror törədənlər məsuliyyətə cəlb ediləcək", deyə Azər Abdullazadə qeyd edib.

Döyüşlərdə sağlamlığını itirmiş A.Abdullazadə, həmçinin ərazilərin partlamamış döyüş sursatları ilə çirklənməsi faktından da narahat olduğunu ifadə edib: 

"Ərazilərin mina və partlamamış döyüş sursatları ilə çirklənməsi də ekoloji terrorun bir qoludur. Bundan isə ancaq dinc insanlar əziyyət çəkir. Mən bunları qəti pisləyir, Azərbaycan ərazisində terror əməllərinə yol verənlərin məsuliyyətə cəlb edilməsini tələb edirəm", deyə o bildirib. 

Qeyd edək ki, Azər Abdullazadə 44 günlük Vətən Müharibəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edib. O, bir gözünü itirib və bədənində çoxsaylı qəlpə yaraları var.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin