Bakının Xətai rayonu, NZS qəsəbəsi ərazisində 3 nəfərin bıçaqlanması ilə nəticələnən davanın bəzi təfərrüatları məlum olub.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, hadisə qəsəbə ərazisində fəaliyyət göstərən 165 saylı tam orta məktəbin yaxınlığındakı küçədə baş verib.
Hadisə qız söhbəti üstündə olub.
Məlumata görə, hadisə nəticəsində qətlə yetirilən 2004-cü il təvəllüdlü Nemət Həsənov dalaşanlar arasında olmayıb. Belə ki, NZS qəsəbə sakini, 2005-ci il təvəllüdlü Fərid Əhmədli ilə həmyaşıdı Orxan Hüseynov arasında qız üstündə mübahisə olub.
Mübahisə nəticəsində O.Hüseynov və F.Əhmədli dalaşıb və yaxınlıqdakı şəxslərin köməyi ilə tərəflər sakitləşdirilib.
Axşam saatlarında hər iki şəxs yenidən mübahisə edib və onlar axşam saat 23 radələrində 165 saylı orta məktəbin yanında söhbəti həll etmək üçün görüş təyin edib. Növbəti mübahisə yenidən davaya çevrilib və bu vaxt F.Əhmədli O.Hüseynovu bıçaqlayıb. Həmin vaxt ərazidə olan Xalid Nəbiyev və Nemət Həsənov F.Əhmədliyə mane olmağa çalışıb. F.Əhmədli isə X.Nəbiyevi qarın nayihəsindən, N.Həsənovu isə ürəyindən bıçaqlayıb. Nəticədə, Nemət Həsənov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, dekabrın18-i saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Həsənovun öldürülməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Fərid Əhmədli şübhəli şəxs qismində tutulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 19.12.2022
Bakıda gecə 3 nəfərin bıçaqlanması qız üstündə olub - TƏFƏRRÜAT
Hazırda oxunan: Bakıda gecə 3 nəfərin bıçaqlanması qız üstündə olub - TƏFƏRRÜAT
Hazırda oxunan: Bakıda gecə 3 nəfərin bıçaqlanması qız üstündə olub - TƏFƏRRÜAT
110365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.