Şəkinin Ağaşı Göynük kəndində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən Baş Göynük kənd sakini Faiq Vəliyev idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə Aşağı Göynük kənd sakini 42 yaşlı Rasim Əlimərdanovu vurub.
Hadisə şahidlərinin sözlərinə görə, piyada xəstəxanaya götürülsə də elə yoldaca keçinib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu