Azad olunan ərazilərə qanunsuz gedənlər saxlanıldı 

Hazırda oxunan: Azad olunan ərazilərə qanunsuz gedənlər saxlanıldı 

11029

Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xarici diplomatlar Xudafərin körpüsündə - FOTO


Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə noyabr ayından başlayaraq Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qayda pozuntusuna yol verən 40 nəfər, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlərlə isə ümumilikdə 84 nəfər şəxs müəyyən edilib.

Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin